“Bu forum bir mərasim deyil, fürsətdir” - BMT rəsmisi

14:58 - 20 May 2026

“Bu forum bir mərasim deyil, fürsətdir” - BMT rəsmisi

“Şəhərsalma sahəsindəki öhdəlikləri real edən onların icrasıdır. Milli pilot layihələr, tənzimləyici çərçivələr, məlumat sistemləri, büdcə ayırmaları və bütün dövrlər üzrə özümüz də daxil olmaqla hamımızı hesabatlı saxlamaq istəyi çox vacibdir”. 


Manset.az xəbər verir ki, BMT-nin İnsan Məskunlaşmaları Proqramının (UN-Habitat) Ölkə Ofisinin rəhbəri Anna Soave bu fikirləri Ümumdünya Şəhərsalma Forumu 13 (WUF13) çərçivəsində çıxışı zamanı səsləndirib.

O bildirib ki, verilən öhdəliklərin real nəticəyə çevrilməsi birbaşa onların icrası ilə bağlıdır və bu baxımdan pilot layihələr, tənzimləyici mexanizmlər, məlumat sistemləri və büdcə ayırmaları xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bütün səviyyələrdə hesabatlılığın təmin olunması vacib prinsipdir.

Anna Soave sessiya boyunca müzakirə edilən əsas mövzulardan birinin də bu məsələ olduğunu qeyd edib. O, həmçinin forumlar və COP prosesləri arasındakı əlaqələrin gücləndirilməsinin son dövrdə mühüm irəliləyiş olduğunu vurğulayıb.

“WUF13-ün ev sahibi kimi Azərbaycan hesabatlılığın modelini göstərmək üçün olduqca yaxşı mövqedədir.”

Çıxışda 2026-cı ilin şəhərsalma və memarlıq ili elan edilməsi ilə bağlı təşəbbüsə də toxunulub və bu istiqamətdəki proseslərin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Anna Soave əlavə edib ki, WUF13 yalnız mərasim deyil, real dəyişikliklər üçün fürsətdir:

“Bu forum bir mərasim deyil, bir fürsətdir.”

O, UN-Habitat-ın IDEA, SCUBA, AINA, yerli hakimiyyət orqanları, özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edərək burada başlayan təşəbbüslərin siyasətə və insanların gündəlik həyatına təsir etməsini hədəflədiyini bildirib.


Fidan Vəlisoy 

Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az