"Şəhərsalma və miqrasiya siyasəti bir-birini tamamlamalıdır" - Vüsal Hüseynov

17:15 - 20 May 2026

\"Şəhərsalma və miqrasiya siyasəti bir-birini tamamlamalıdır\" - Vüsal Hüseynov

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində jurnalistlərin suallarını cavablayıb.


Manset.az-ın məlumatına görə, Dövlət Miqrasiya Xidmətinin rəisi bildirib ki, Azərbaycanın son iki ildə növbəti dəfə qlobal səviyyəli tədbirə ev sahibliyi etməsi ölkənin artan beynəlxalq nüfuzunun, diplomatik uğurlarının və dayanıqlı inkişaf gündəliyinə verdiyi töhfənin göstəricisidir. V.Hüseynov qeyd edib ki, forum çərçivəsində miqrasiya və şəhərlər mövzusu xüsusi diqqət mərkəzindədir:

“Şəhərsalma və miqrasiya arasında əlaqə bu gün çox aktual məsələdir. İnsanların yeni şəhərlərə yerləşməsi, dövlət və sosial xidmətlərə çıxışı, inteqrasiyası və bərabər imkanların təmin olunması müzakirə tələb edir”.

O bildirib ki, son dünya miqrasiya hesabatına əsasən beynəlxalq miqrantların sayı 304 milyona çatıb. Onun sözlərinə görə, 2050-ci ilə qədər dünya əhalisinin 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır. Xidmət rəisi vurğulayıb ki, müzakirələrdə şəhərsalma və miqrasiya siyasətlərinin bir-birini tamamlamasının vacibliyi qeyd olunub:

“Məqsəd dayanıqlı, inklüziv və insan yönümlü şəhərlərin formalaşdırılmasıdır”.

V.Hüseynov əlavə edib ki, Azərbaycanın Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və müasir şəhərsalma yanaşmaları da tədbirdə diqqətə çatdırılıb.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az