Manset.az-ın baş redaktoru Əli Vəliyev panel müzakirələrində iştirak edəcək

11:42 - 21 May 2026

Manset.az-ın baş redaktoru Əli Vəliyev panel müzakirələrində iştirak edəcək

Bu gün WUF13 çərçivəsində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının təşkilatçılığı ilə panel müzakirələri keçiriləcək.


Manset.az xəbər verir ki, “WUF13 Urban Expo”da, QHT Agentliyinin pavilyonunda “Dayanıqlı şəhərsalma: Azərbaycan və Avropa təcrübəsi” mövzusunda panel təşkil olunacaq.

Tədbirdə Manset.az xəbər portalının həmtəsisçisi və baş redaktoru Əli Vəliyev də iştirak edəcək. O, panel müzakirələri zamanı dayanıqlı şəhərsalma, media və ictimai iştirakçılıq mövzularında fikirlərini bölüşəcək.

Panel bu gün saat 17:00-da “Urban Expo” sərgi salonunda baş tutacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az