Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Manset.az xəbər portalına eksklüziv video müsahibə verib.
İsa Həbibbəyli Manset.az-ın baş redaktoru Əli Vəliyevə verdiyi müsahibə zamanı AMEA-nın son illərdə əldə etdiyi mühüm nailiyyətlər, həyata keçirilən islahatlar və yeniliklər barədə danışıb.
Müsahibədə həmçinin AMEA alimləri üçün tikilən mənzillər, müxbir və həqiqi üzvlüyə namizədlərin seçim prosesi, eləcə də bu istiqamətdə aparılan işlər barədə məlumat verilib.
İsa Həbibbəyli, eyni zamanda, Heydər Əliyevlə bağlı unikal ensiklopediyanın da hazırlandığını bildirib. (Mövzu ilə bağlı açıqlama videomüsahibənin 16:55-ci dəqiqəsindən yayımlanır)
Həmin videomüsahibəni təqdim edirik: