logo
logo logo
logo

Övladını təhlükəli şəkildə daşıyan sürücü məsuliyyətə cəlb olundu - YENİLƏNİB

19:04 - 23 İyun 2026

Övladını təhlükəli şəkildə daşıyan sürücü məsuliyyətə cəlb olundu - YENİLƏNİB

Paytaxt ərazisində motosiklet idarə edən sürücünün azyaşlı övladını təhlükəli şəkildə daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, araşdırmalarla həmin motosikletin 99-R-408 dövlət qeydiyyat nişanlı olduğu və sürücünün 1990-cı il təvəllüdlü şəxs olduğu müəyyən edilib.

Sürücü polis əməkdaşlar tərəfindən saxlanılıb. Onun hərəkətləri ilə bağlı hüquqi məsuliyyət tədbirləri görülür.

***

10:45

Paytaxtda motosiklet və mopedlərlə bağlı təhlükəli hallar narahatlıq doğurmaqda davam edir. Sosial şəbəkələrdə yayılan yeni görüntü də geniş müzakirələrə səbəb olub. Kadrlarda atanın azyaşlı qızı ilə motosikletdə hərəkət etdiyi görünür. Uşağın təhlükəsizlik qaydalarına uyğun olmayan şəkildə motosikletdə olması diqqət çəkib. 


Bakı Şəhər DYP İdarəsindən Manset.az-ın sorğusuna cavab olaraq bildirilib ki, videogörüntü ilə əlaqədar araşdırma aparılır:

"Mövcud qanunvericiliyin tələblərinə əsasən, motosikletin arxa oturacağında 12 yaşınadək uşaqların əyləşdirilməsi qanuna ziddir və inzibati məsuliyyət yaradır. Dəfələrlə edilən xəbərdarlıqlara, eyni zamanda həyata keçirilən tənbeh tədbirlərinə baxmayaraq, bəzi motosiklet sürücüləri sərnişindaşıma qaydalarına biganə yanaşırlar ki, bu da xoşagəlməz hallara səbəb olur.

Odur ki, sürücülər diqqətli olmalı, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməlidirlər”, - deyə məlumatda qeyd edilir.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az