logo
logo logo
logo

Azərbaycanın məşhur klinikası bağlandı - FOTO

13:50 - 24 İyun 2026

Azərbaycanın məşhur klinikası bağlandı - FOTO

Azərbaycanın tanınmış klinikası fəaliyyətini dayandırıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, "Mayomed" klinikası bir neçə gün əvvəl bağlanıb.

Klinikanın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 205 ünvanında yerləşən binasından bütün tibbi avadanlıqlar çıxarılıb, həkim heyəti və digər əməkdaşlarla sağollaşılıb. Artıq klinikanın reklam lövhələri də binanın üzərindən götürülüb.

Klinikanın hansı səbəbdən fəaliyyətini dayandırdığı məlum deyil.

Qeyd edək ki, "Mayomed" klinikası daha çox fizioterapiya və reabilitasiya xidmətləri ilə tanınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az