logo
logo logo
logo

Bakı-Tbilisi qatarında vaqon sayı artırıldı - Qiymət bu qədər olacaq 

15:53 - 07 İyul 2026

Bakı-Tbilisi qatarında vaqon sayı artırıldı - Qiymət bu qədər olacaq 

Azərbaycan Dəmir Yolları (ADY) Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarların tərkibinə yeni vaqonlar əlavə edib.


Manset.az xəbər verir ki, yeni vaqonlar üçün biletlərin satışı artıq başlayıb. Bu vaqonlarda tətbiq olunan gediş haqları hazırda istismarda olan “Stadler” vaqonları ilə müqayisədə daha münasib qiymətlərlə təklif olunur.

Belə ki, standart+ sinif üzrə gediş haqqı məsafədən asılı olaraq 40,30 manatdan başlayır. Bakıdan Tbilisiyə bir istiqamət üzrə minimum bilet qiyməti 65,20 manat, Yevlaxdan 53,30 manat, Gəncədən 49,30 manat, Ağstafadan isə 45,30 manat müəyyən edilib.

Bundan əlavə, Böyük Kəsik stansiyasından Tbilisi vağzalına səfər etmək istəyən sərnişinlər 43,40 manat, Qardabani stansiyasına gedənlər isə 40,30 manat ödəyəcəklər.

Yeni vaqonların reyslərə cəlb olunması beynəlxalq marşrut üzrə sərnişinlər üçün daha sərfəli səyahət imkanı yaradacaq.


Fidan Vəlisoy 

Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az