logo
logo logo
logo

“Bilet alma prosesində ləngimələrin səbəbi yüksək tələbatdır” - Azər Fərəcov 

16:24 - 07 İyul 2026

“Bilet alma prosesində ləngimələrin səbəbi yüksək tələbatdır” - Azər Fərəcov 

“Bakı-Tbilisi-Bakı marşrut xətti üzrə biletlərin alınmasında ləngimələr yaranmasının səbəbi yüksək tələbatdır”. 


Manset.az xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, hazırda bilet satışı prosesi tam nəzarət altındadır və sistemin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

“Hazırda bütün biletlər 30 gün əvvəldən satışa çıxarılır. Lakin biletlərin 90 gün əvvəldən satışa təqdim edilməsi üçün müəyyən işlər aparılır. Proses yekunlaşdıqdan sonra ictimaiyyətə bununla bağlı ətraflı məlumat veriləcək”, – deyə Azər Fərəcov qeyd edib.


Fidan Vəlisoy 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az