logo
logo logo
logo

Naxçıvana yeni nəfəs: Prezidentin səfəri regiona nə vəd edir? - Əli Vəliyev yazır...

00:15 - 12 Avqust 2026

Naxçıvana yeni nəfəs: Prezidentin səfəri regiona nə vəd edir? - Əli Vəliyev yazır...

"Prezident İlham Əliyevin Naxçıvana səfəri olduqca mühümdür. 3 il aradan sonra dövlət başçısının Naxçıvana səfəri regiona yeni işıq verdi. Yeni enerji layihələrinin açılışı, son təyinatlar və verilən mesajlar, şəhər infrastrukturu və nəqliyyat, yeni sosial və infrastruktur layihələrinin açılışı və təməlinin qoyulması baxımından səfər kifayət qədər zəngin gündəmlə yadda qaldı".


Bu sözləri Manset.az xəbər portalının baş redaktoru, əslən Naxçıvandan olan tanınmış jurnalist Əli Vəliyev sosial şəbəkə hesablarında yazaraq bildirib.

O qeyd edib ki, səfər təkcə yeni obyektlərin açılışı və müxtəlif layihələrin təqdimatı ilə məhdudlaşmadı:

"Prezident İlham Əliyevin Naxçıvana səfəri olduqca mühümdür.  3 il aradan sonra dövlət başçısının Naxçıvana səfəri regiona yeni işıq verdi. Yeni enerji layihələrinin açılışı, son təyinatlar və verilən mesajlar, şəhər infrastrukturu və nəqliyyat, yeni sosial və infrastruktur layihələrinin açılışı və təməlinin qoyulması baxımından səfər kifayət qədər zəngin gündəmlə yadda qaldı.

Səfər təkcə yeni obyektlərin açılışı və müxtəlif layihələrin təqdimatı ilə məhdudlaşmadı. Naxçıvanın Azərbaycanın ümumi inkişaf strategiyasındakı yeri, regionun iqtisadi potensialının artırılması, enerji təhlükəsizliyi və nəqliyyat imkanlarının genişləndirilməsi ilə bağlı mühüm mesajlar verildi. Xüsusilə Naxçıvanın enerji potensialının reallaşdırılması istiqamətində mühüm addımların atıldı.Prezident İlham Əliyev daha əvvəl Naxçıvanın yaşıl enerji zonasına çevrilməsinin planlaşdırıldığını və regionun Türkiyə və İran bazarlarına enerji ixracı potensialını xüsusi vurğulayıb. Səfər çərçivəsində Naxçıvanda dövlət televiziyasına müsahibəsində yenə bu məsələyə toxundu, önəmli mesajlar verdi.

Ona görə də səfərə yalnız regional səfər kimi deyil, Naxçıvanın növbəti inkişaf mərhələsinin konturlarını müəyyənləşdirəcək mühüm siyasi və iqtisadi hadisə kimi baxmaq olar. Dövlət başçısının səfər çərçivəsində verdiyi  mesajlar Naxçıvanın gələcək inkişaf prioritetləri ilə bağlı ciddi ipuclarıdır", - deyə Ə.Vəliyev yazısında qeyd edib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az