Space TV-də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl, Danış” verilişinə müraciət edən Firuzə Zeynalova azyaşlı övladının qaçırıldığını iddia edib.
Manset.az-ın əldə etdiyi məlumata görə, qadın bildirib ki, hadisə Pirallahı rayonu ərazisində baş verib. O, uşağı ilə birlikdə bankomatdan pul çıxaran zaman bir nəfərin “Mercedes” markalı avtomobillə onlara yaxınlaşdığını bildirib.
İddia sahibinin sözlərinə görə, həmin şəxs 8 yaşlı Qurbanova Gülər İmran qızını zorla götürərək avtomobilə mindirib və ərazidən uzaqlaşıb. Firuzə həmin şəxsin ona “Ağıllı olsan, uşağını bir saat sonra qaytaracağıq” dediyini bildirib.