““Tvente” ilə oyunda şansımız var, amma çatışmazlıqlar var”.
Bu sözləri Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında bildirib. Manset.az-ın sualını cavablandıran məşqçi şansın olduğunu deyib:
“Şansımız var. İki oyun var – Bakıda və səfərdə. Əlbəttə ki, biz maksimum irəli getməyə çalışırıq”.
Qurban Qurbanov onu da qeyd edib ki, komandada oyunçu çatışmazlığı var:
“Bizim çatışmazlıqlarımız da var. İstərdim ki, hər mövqedə – həm hücum xəttində, həm orta sahədə, həm də müdafiədə ən azı bir oyunçu komandamıza əlavə olunsun. Çünki həm səfərdə, həm də burada gördüyünüz kimi, bəzən istədiyim dəyişiklikləri edə bilmirdim. Oyunçu çatışmazlığımız var. Şansımız var, bundan yenə də maksimum dərəcədə istifadə etməyə çalışacağıq”.