Bakının Hövsan qəsəbəsi, Füzuli Bayramov küçəsi, 22A ünvanında yerləşən binada yanğın hadisəsi qeydə alınıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, yanğın binanın 4-cü mərtəbəsindəki eyvanda yanğın başlayıb. Alovun hansı səbəbdən meydana gəldiyi hələlik məlum deyil.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb.
Fidan Vəlisoy