“Təqdim olunan lokomotivlər Azərbaycan dəmir yolları tarixində Çindən alınmış ilk hərəkət tərkibləridir”.
Manset.az xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, yeni lokomotivlər müasir idarəetmə, təhlükəsizlik, sistemləri ilə təchiz olunub:
“Məhz bu müasir texnologiya sayəsində də daha ağırtonnajlı yüklərin daşınmasına şərait yaranır. Bu da ümumilikdə yükdaşımaların daha səmərəli təşkilinə imkan verir”, - deyə B.Hacıyev vurğulayıb.
Fidan Vəlisoy