Xəbər verdiyimiz kimi, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda “Turan Tovuz” və Türkiyənin “Fənərbağça” klubu arasında qarşılaşma baş tutacaq.
Paytaxt Bakıda keçiriləcək oyuna maraq olduqca böyükdür. Belə ki, ötən gün oyunun biletlərinin satışa çıxması ilə ilk bir saat ərzində 5872 bilet satılmışdı.
Bəs hazırkı məlumatlara görə, ümumilikdə oyuna nə qədər bilet satışı olub?
Bununla bağlı Manset.az-ın sorğusuna cavab olaraq “Turan Tovuz” futbol klubunun mətbuat katibi Nəsimi Paşayev bildirib ki, sözügedən oyuna 24 saat ərzində satılan biletlərin statistikası məlum olub:
“Bildiyiniz kimi, dünən saat 11:00-da oyunun biletləri satışa çıxarılıb. Bu gün saat 11:00 radələrində mənə bununla bağlı yeni məlumat verilib. “Turan Tovuz” və “ Fənərbağça” oyununa, ümumilikdə, 24 saat ərzində 12 min bilet satılıb”, - deyə Nəsimi Paşayev qeyd edib.
Fidan Vəlisoy