logo
logo logo
logo

Yağışlı hava nə vaxta qədər davam edəcək? - AÇIQLAMA

15:06 - 29 Sentyabr 2026

Yağışlı hava nə vaxta qədər davam edəcək? - AÇIQLAMA

Azərbaycanda hava şəraiti dəyişib, ölkənin bir sıra ərazilərində yağış yağır.


Manset.az yağıntılı hava şəraitinin nə qədər davam edəcəyi və qarşıdakı günlərdə ölkəni hansı hava şəraitinin gözlədiyini öyrənmək üçün Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosuna sorğu ünvanlayıb.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova sorğuya cavab olaraq bildirib ki, sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir:


“29-dan 30-a keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Oktyabrın 1-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 22-26 dərəcə isti olacağı gözlənilir”.

Gülşad Məmmədova qeyd edib ki, bölgələrdə də sentyabrın 30-da arabir yağış yağacaq:

“Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, 29-dan 30-a keçən gecə bəzi şimal rayonlarında yağıntıların güclənəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 30-u gündüz və 1-i gündüz saatlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu aran rayonlarında 25-29, dağlıq ərazilərdə 10-15 dərəcə isti olacaq”.

 

Fidan Vəlisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az