“Azpetrol Ltd” MMC-də kassir-operator vəzifəsində çalışan Hacıyev İsmət şirkətdən şikayətçidir.
Manset.az-a daxil olan şikayətə görə, İsmət Hacıyev qeyri-müəyyən səbəbdən iş yerinə buraxılmadığını iddia edir. Onun sözlərinə görə, işə buraxılmaması ilə bağlı ona konkret səbəb açıqlanmayıb.
Şikayətçi bildirib ki, hazırda iş yerinə buraxılmamaqla yanaşı, təhdidlərlə də üzləşir. Ona səbəbsiz şəkildə əmək müqaviləsinə 4 oktyabr 2026-cı il tarixində xitam veriləcəyi bildirilib.
İsmət Hacıyev qeyd edib ki, əmək müqaviləsinə xitam veriləcəyi barədə məlumat verilsə də, həmin tarixədək işə buraxılmamasının səbəbi də ona izah olunmayıb.
Şikayətçi iş fəaliyyəti dövründə hər hansı nöqsana yol vermədiyini bildirir. Onun sözlərinə görə, ona qarşı münasibətdən narazıdır və “terrorist kimi qələmə verildiyini” iddia edir. Eyni zamanda, şikayətçi iddia edir ki, iş yerində qrafik olaraq ona 11 saat iş rejimi yazılsa da, o, mütəmadi olaraq 12-13 saat işlədilib. Bununla da onun işçi haqqları da tapdanıb.
Məsələ ilə bağlı “Azpetrol Ltd” MMC ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Manşet.az