logo
logo logo
logo

“Bu qərar tam vaxtında verilmiş qərardır” - Baba Vəziroğlu 

15:00 - 11 Oktyabr 2026

“Bu qərar tam vaxtında verilmiş qərardır” - Baba Vəziroğlu 

Azərbaycanda məktəblərdə vahid geyim qaydaları ilə bağlı müzakirələr davam edir. Qərarın tərəfdarları hesab edirlər ki, məktəbli geyimi yalnız xarici görünüş məsələsi deyil, həm də təhsil müəssisələrində vahid yanaşmanın, nizam-intizamın və şagirdlər arasında bərabərlik prinsipinin qorunması baxımından əhəmiyyətlidir. Eyni zamanda, məktəbin əsas missiyasının elm və təhsil vermək olduğu, burada ümumi qaydalara riayət edilməsinin vacibliyi də diqqətə çatdırılır.


Əməkdar incəsənət xadimi Baba Vəziroğlu da Manset.az-a açıqlamasında məktəbli geyimləri ilə bağlı qərara münasibət bildirib. O, sözügedən qərarı tam vaxtında verilmiş qərar kimi qiymətləndirib: 

“Mənim fikrimcə, bu, hərtərəfli düşünülmüş və vaxtı çatdığı üçün verilmiş düzgün qərardır. Hətta deyərdim ki, mənim aləmimdə bu, vaxtı keçmiş qərardır. Çünki bu qərar, doğrudan da, çoxdan verilməli idi.

Azərbaycan müxtəlif etnik qrupların, dini baxışların və milli mentalitetlərin mövcud olduğu, böyük və kiçik xalqların yaşadığı bir məmləkətdir, azad ölkədir. İnsanların düşüncə müxtəlifliyinə, öz milli adət-ənənələrinə riayət etmək azadlığı var.

Amma məktəbdə bu azadlıqlar müəyyən çərçivəyə salınmalıdır. Tarixən belə olub və belə də olacaq. Çünki məktəb dini və ya milli məbəd deyil. Məktəb təhsil məbədidir. İnsanlara işıq, ziya verən bir məbəddir.

Azərbaycanda yaşayan hər kəs öz dini baxışlarını, təriqətini və inanclarını məktəbə gətirə bilməz. Bu geniş azadlıqlar məktəb divarları arasında təhsil müəssisəsinin müəyyən etdiyi konkret qaydalar çərçivəsində olmalıdır.

Bir daha təkrar edirəm ki, məktəb elm, təhsil, ziya və işıq məbədidir. Bu məbədin qayda-qanunlarına hər kəs hörmətlə yanaşmalı və onları anlayışla qarşılamalıdır. Bu, həm şagird kollektivinə, həm müəllim kollektivinə, həm də həmin məktəbə, o məbədə ayaq basan hər kəsə aiddir”, – deyə Baba Vəziroğlu bildirib.

Şairin fikrincə, məktəbdə ümumi qaydaların qorunması təhsil mühitinin vahid prinsiplər əsasında formalaşması baxımından vacibdir. Vahid məktəbli geyimi də şagirdlərin fərqli sosial imkanlarının zahiri görünüşdə ön plana çıxmasının qarşısını almağa və məktəbdə təhsilin əsas məqsəd kimi qəbul edilməsinə xidmət edən yanaşmalardan biri kimi qiymətləndirilir.


Fidan Vəlisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az