logo
logo logo
logo

İranın Azərbaycana qarşı planı - Din pərdəsi altında oyunlar

17:41 - 13 Oktyabr 2026

İranın Azərbaycana qarşı planı - Din pərdəsi altında oyunlar

"İranın Azərbaycana qarşı siyasətində rəsmi Tehranla ölkədə ciddi təsir imkanlarına malik bəzi qüvvələrin mövqeləri arasında fərqlər müşahidə olunur. Bu siyasətin əsas istiqamətlərindən biri dini amildən istifadə etməklə Azərbaycanın dünyəvi dövlət sisteminə və daxili siyasi sabitliyinə təsir göstərmək cəhdləridir".


Manset.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərində dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərini önə çəkir. Politoloqun fikrincə, İran Prezidentinin və hökumətinin Azərbaycana münasibəti normal olsa da, İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyində təmsil olunan bəzi şəxslər ölkəmizə qarşı sərt siyasətin tərəfdarıdırlar.


“Onlar Azərbaycanı təhdid kimi görürlər və buna görə də ölkəmizdə din pərdəsi altında öz siyasi məqsədlərini həyata keçirməyə çalışırlar. İran uzun illərdir İslam inqilabını yaymağa, onu xarici ölkələrə ixrac etməyə çalışır. Azərbaycanda da bu siyasət çərçivəsində dini təbliğat aparılır. İslam dininin atributlarından və dinin özündən siyasi məqsədlər üçün istifadə etməklə ölkədə daxili siyasi sabitliyi pozmaq, öz fəaliyyətlərini yenidən genişləndirmək və Azərbaycanın dünyəvi dövlət sistemini hədəfə almaq məqsədi güdülür”.

Politoloq qeyd edib ki, İranın bu siyasəti Azərbaycan-İran münasibətlərinə daim mənfi təsir göstərir. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin hər zaman hamar olmamasının və mövcud böhranın səbəblərindən biri Tehranın yürütdüyü siyasətdir.

“Azərbaycan öz suverenliyini və müstəqilliyini qoruyur, bütün xarici təhdidlərə, o cümlədən ideoloji təhdidlərə qarşı qabaqlayıcı addımlar atır. İran isə bu addımları özünə qarşı yönəlmiş kimi qiymətləndirir və öz məqsədlərini həyata keçirməyə çalışır”, – deyə politoloq fikirlərini yekunlaşdırıb.


Fidan Vəlisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az