logo
logo logo
logo

"“44” filmi ən uğurlu, yaddaqalan hərbi dramdır" - Cəmil Quliyev 

21:05 - 15 Oktyabr 2026

\"“44” filmi ən uğurlu, yaddaqalan hərbi dramdır\" - Cəmil Quliyev 

““44” bədii filmi Azərbaycan kinematoqrafiyasının son illərdə çəkilmiş ən uğurlu və yadda qalan hərbi dramıdır. Filmin əsas məziyyətlərindən biri onun sənədli materiallar əsasında çəkilməsidir”.


Bu fikirləri Azərbaycan Dövlət Film Fondunun baş direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Manset.az-a açıqlamasında səsləndirib. O bildirib ki, film hər cəhətdən yaddaqalan və olduqca təsirlidir.

“Filmdə çox real qəhrəmanlar var və filmin həm dramaturji quruluşu, həm kompozisiya həlli, həm ritm və montaj forması çox müasirdir, yadda qalandır, təsirlidir.

Filmdə çox gözəl, istedadlı aktyor heyəti var. Xüsusən mən gəncləri qeyd etmək istəyirəm. Gənc zabitlər, əsgərlər rollarında çəkilən aktyorlar çox təbii idilər, realdılar və tamaşaçıların qəlbinə yol tapırlar. Tamaşaçı onlara baxır, onları sevir, onlara görə həyəcanlanır, kədərlənir və ağlayır.

Bu filmə baxandan sonra tamaşaçı uzun müddət filmin emosional təsiri altında qalır. Bu, onun əsl film, əsl istedadlı sənət əsəri olduğunu sübut edir. Mən yaradıcı heyəti təbrik edirəm, çox uğurlu filmdir”, - deyə C.Quliyev vurğulayıb.


Fidan Vəlisoy 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az