logo
logo logo
logo

""44" filmi çox uğurlu və vaxtında çəkilmiş filmdir" - Anar

10:05 - 16 Oktyabr 2026

\"\"44\" filmi çox uğurlu və vaxtında çəkilmiş filmdir\" - Anar

““44” bədii filmi mənim çox xoşuma gəldi. Təsirli filmdir, çox əhəmiyyətli və vaxtında çəkilmiş filmdir”.


Bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Manset.az-a “44” bədii filmi haqqında danışarkən bildirib.

O qeyd edib ki, filmin uğuruna görə Anar müəllimi xüsusi olaraq təbrik edib. Xalq yazıçısı ekran əsərinin ərsəyə gəlməsində iştirak edən yaradıcı heyətin əməyini yüksək qiymətləndirib.

“Təbii ki, film tək bir adamın işi deyil. Ssenaristlər, rejissorlar, aktyorlar hamısı bir yerdə uğurlu bir əsər yaradıblar. Aktyorların böyük əksəriyyətinin gənc olmasına baxmayaraq, onların performansını olduqca yüksək qiymətləndirirəm.

Filmdə heç bir çatışmazlığa rast gəlmədim. Hər nüans yerli-yerində idi. Filmin bütün səhnələri olduqca təsirli idi”, – deyə Anar vurğulayıb.


Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az