logo
logo logo
logo

“”44”lə kino sənətində çox möhtəşəm, lazımlı bir film yaradılıb” - Siyavuş Kərimi

18:32 - 16 Oktyabr 2026

“”44”lə kino sənətində çox möhtəşəm, lazımlı bir film yaradılıb” - Siyavuş Kərimi

“Azərbaycanda kino sənətində çox möhtəşəm və çox lazımlı bir film yaradılıb. Bu, həm bizə, həm də gələcək nəsillərimiz üçün yaddaş kimi lazımdır. Hesab edirəm ki, Azərbaycan kino sahəsində “44”ün böyük yeri oldu”.


Bu fikirləri Manset.az-a açıqlamasında Xalq artisti, görkəmli musiqi xadimi, “Şöhrət” ordenli bəstəkar Siyavuş Kərimi “44” bədii filminin musiqisi haqqında danışarkən bildirib. O qeyd edib ki, filmin yaradıcı heyəti böyük və uğurlu iş ortaya qoyub. 

“Filmin musiqisini tanınmış bəstəkar Ruslan Ağababayev yazıb. Çox istedadlı bir insandır və filmə çox yaraşan, hərtərəfli çox gözəl musiqi yaradıb. Mən bir musiqiçi kimi onun yazdığı musiqini çox bəyəndim. Bildiyiniz kimi, musiqi filmdəki hadisələri emosional cəhətdən daha da gücləndirir. Bu musiqi də çox gözəl yazılmışdı, hər şey tam yerində idi. Mən onu da təbrik edirəm.

Filmin ərsəyə gəlməsində minlərlə insanın əməyi var və çox gözəl iş ortaya çıxıb. Bütün insanlar çox təsirləndi. Çoxu gözünün yaşını saxlaya bilmədi. Bu, çox təsiredici filmdir. Filmdə əməyi keçən hər kəsi bir daha təbrik edirəm”, - deyə Xalq artisti fikirlərini yekunlaşdırıb.


Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az