logo
logo logo
logo

“Azərbaycanın sekulyarist həyat tərzi AKP hakimiyyətində qıcıq doğurur” - Əziz Əlibəyli

14:20 - 18 Oktyabr 2026

“Azərbaycanın sekulyarist həyat tərzi AKP hakimiyyətində qıcıq doğurur” - Əziz Əlibəyli

“Azərbaycan nümunəsi, Azərbaycan dövlətçiliyi, Azərbaycanın sekulyarist həyat tərzi Türkiyədə uzun müddətdir böyük qıcıq doğurur. Türkiyə hakimiyyətinin o şəriətçi düşərgəsinin xüsusilə də nəzərində Azərbaycanın model olması və belə də yaşamaq mümkündür kimi yanaşması o dairələrin əvvəl-axır dilə gəlməsini şərtləndirirdi”.


Bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli Manset.az-a açıqlamasında Türkiyədə Azərbaycana qarşı səsləndirilən fikirləri şərh edərkən bildirib. O qeyd edib ki, Türkiyədəki ictimai-siyasi vəziyyət və ölkə daxilindəki narazılıqlar da Azərbaycana qarşı aparılan kampaniyada rol oynaya bilər.

“AKP-nin Azərbaycana qarşı apardığı kampaniya sadə kampaniyadır. Onlar da bundan sonra istifadə elədilər və Azərbaycanla münasibətləri kəskinləşdirdilər. Türkiyə daxilində ictimai-siyasi vəziyyətdə ciddi dalğalanmalar, bölünmələr, parçalanmalar yaşanır, aqressiya üst həddədir, əhalinin məmnuniyyətsizliyi, hüzursuzluğu ən dib nöqtədədir.

Seçki qabağı bütün bunların hər biri həm də iqtidarın bir növ seçki planlarında yer alır. Göründüyü kimi, təəssüf ki, buna çalışdılar və buna rəvac verdilər”, – deyə o vurğulayıb.


Fidan Vəlisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az