Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, paytaxtın Səbail rayonunda, Mehdi Hüseyn və Şeyx Şamil küçələrinin kəsişməsində “Chevrolet” markalı avtomobil qəzaya uğrayıb.
Şahidlərin sözlərinə görə, yol-nəqliyyat hadisəsinə səbəb sürücünün avtomobili yüksək sürətlə idarə etməsi və nəticədə idarəetməni itirməsi olub.
Faktla bağlı araşdırma aparılır.