Azərbaycan Gorus-Qafan yolunda gömük məntəqəsi qurur - Qriqoryandan ŞOK MÜSAHİBƏ

23:22 - 10 Noyabr 2021

Azərbaycan Gorus-Qafan yolunda gömük məntəqəsi qurur - Qriqoryandan ŞOK MÜSAHİBƏ

Azərbaycan Ermənistana bu gün gecə saat 12-dən etibarən Gorus-Qafan yolunda sərhəd-gömrük nəzarəti funksiyasını yerinə yetirəcəyini, yəni gömrük-keçid məntəqələri quraşdıracağını bildirib.

 

Manset.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində məlumat verib.

 

O qeyd edib ki, Ermənistan tərəfi müvafiq addımlar atacaq, yolun həmin hissəsində gömrük-sərhəd keçid məntəqələri yaradacaq.

 

Xatırladaq ki, ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan sovet dövrünün sərhədlərinə əsasən, Gorus-Qafan magistralının ərazisindən keçən 21 kilometrlik hissəsinə nəzarətini bərpa edib.

 

Yolun bu hissəsində Azərbaycanın müvafiq orqanları ölkəyə daxil olan yük maşınlarından rüsum tələb etməyə başlayıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az