Mixail Kavelaşvili Azərbaycana səfər edəcək

21:07 - 11 Aprel 2025

Mixail Kavelaşvili Azərbaycana səfər edəcək

Gürcüstan Prezidenti Mixail Kavelaşvili aprelin 15-16-da Azərbaycana səfər edəcək.


Manset.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı ölkə prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu, Kavelaşvilinin 2024-cü ilin sonunda andiçmə mərasimindən sonra ilk xarici səfəri olacaq.

Bundan əvvəl Kavelaşvilinin beynəlxalq əlaqələr üzrə müşaviri Luka Exvaya Azərbaycandan sonra Gürcüstan Prezidentinin Ermənistana səfər edəcəyi barədə məlumat vermişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az