“Əməkdar elm xadimi, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi hər il aprelin 15-də Azərbaycan xalqı tərəfindən sonsuz hörmət və ehtiramla anılır. Zərifə Əliyeva Azərbaycan tibb elminin, xüsusən də oftalmologiya sahəsinin inkişafına böyük töhfələr verən akademiklərimizdən olub.“
Bu fikirləri görkəmli alim-oftalmoloq Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar Manset.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
O, bildirib ki, 1967-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasında fəaliyyətini davam etdirən Zərifə xanım Əliyeva burada dosent, professor, kafedra müdiri vəzifələrinədək yüksəlib, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb. “Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Həmin dövrdə Zərifə xanımın diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – gözün peşə patologiyası cəlb edir. Zərifə Əliyeva bu sahənin ilk tədqiqatçısı olur. Dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyasını yaradan Zərifə xanım elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyur. Bakı məişət kondisionerləri zavodunda təşkil edilmiş bu laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, iri sənaye müəssisələrinin işçilərinin müalicəsi də aparılırdı. Zərifə xanım Əliyeva müvafiq araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. 1977-ci ildə Zərifə xanıma tibb elmləri doktoru alimlik dərəcəsi verildi.”
K.Qafarov bildirib ki, Akademik Zərifə Əliyevanın elmi fəaliyyəti oftalmologiyanın inkişafına misilsiz töhfələr verib: “Təsadüfi deyil ki, Zərifə xanım Əliyevanın əziz xatirəsi respublikamızda olduğu kimi, Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda da səhiyyə, elm sahəsində çalışan minlərlə insanın qəlbində yaşamaqdadır. Bu, ilk növbədə, Zərifə xanımın oftalmologiya sahəsində geniş elmi axtarışları və tədqiqatları ilə bağlıdır. Məlumdur ki, görkəmli alim tibb elmində, təcrübi səhiyyədə son dərəcə əhəmiyyətli əsərlər yazıb. Bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyevanın elmi tədqiqatları yüksək səviyyədə olmaqla bərabər, onların sosial əhəmiyyəti də olduqca böyük idi. Zərifə xanımın məhz bu sahədə xidmətləri, fəaliyyəti də yüksək qiymətləndirildi və o, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçildi. Xüsusilə vurğulamaq lazımdır ki, bu gün də Zərifə Əliyevanın tədqiqatlarından tibb elmində geniş istifadə olunur.”
K.Qafarov görkəmli akademikimizin milli tibb kadrlarının yetişmələrində əhəmiyyətli rolunu xüsusi vurğulayıb: “Zərifə xanım Əliyevanın elmi fəaliyyətini səciyyələndirən əsas cəhətlərdən biri də görkəmli alimin gənc həkimlərin yetişməsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etməsidir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə xanım səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Akademik Zərifə xanım Əliyevanın yetişdirdiyi həkimlər bu gün Azərbaycan səhiyyəsinin inkişafına misilsiz töhfələr verir, minlərlə insana sağlamlıq bəxş edirlər”.
"Zərifə xanım Əliyevanın xatirəsi qəlbimizdə daim yaşayır"- Kəmaləddin Qafarov
10:43 - 15 Aprel 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
26 İyul 2026 - 19:07
Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA- Yaralılar var, yol bağlandı
25 İyul 2026 - 23:52
12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR - VİDEO
25 İyul 2026 - 23:46
Bakıda zəncirvarı QƏZA - FOTO/VİDEO
25 İyul 2026 - 23:18
Oxu hədəfdən yayınmadı - Nazir meydanda - VİDEO
26 İyul 2026 - 00:30
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
25 İyul 2026 - 22:53
"200-dən çox Amerika hərbçisi məhv edilib" - SEPAH
25 İyul 2026 - 23:31
Messi "MLS Ulduzlar matçı"nın heyətindən çıxarıldı
25 İyul 2026 - 22:34
Sumqayıtda 26 yaşlı oğlan dənizdə batdı
26 İyul 2026 - 01:30
Xroniki iltihab zamanı ideal olan səhər yeməyi
26 İyul 2026 - 10:02
Bakıda evdə meyit tapıldı
26 İyul 2026 - 11:18
Bu ərazilərdə 39 dərəcə isti - FAKTİKİ HAVA
26 İyul 2026 - 08:00
Qarpız sevənlərə XƏBƏRDARLIQ
Xəbər xətti
- 26 İyul 2026
- 22:30 15 ildir qaz xətti keçən bu kənddə qaz yoxdur
- 22:18 Bakının bu ərazilərində işıq olmayacaq
- 22:04 Həlak olan alpinistlərin meyitləri tapıldı - YENİLƏNDİ
- 21:51 Qəzada ölən və yaralananın kimliyi məlum oldu - YENİLƏNDİ
- 21:46 Ət emalı zavodunda kütləvi ZƏHƏRLƏNMƏ
- 21:20 Macarıstan Qran-prisinin qalibi bəlli oldu
- 21:06 "Fantastik qiymətdir" - Aviabiletlər niyə kəskin bahalaşıb?
- 20:50 1055 kilometrlik yola Trampın adını verdilər
- 20:35 Pezeşkian göstəriş verdi
- 20:22 Biləcəridə yol çökdü, hərəkət iflic oldu - VİDEO
- 20:10 Malatyada toy karvanında QƏZA
- 19:57 Kişi yoldan keçənlərə atəş açdı - Yaralananlar var
- 19:31 İrlandiyada türk məscidinə HÜCUM
- 19:22 Bakıda hava kəskin dəyişir - XƏBƏRDARLIQ
- 19:07 Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA- Yaralılar var, yol bağlandı
- 19:00 İran ABŞ-nin itkilərini açıqladı - FANTASTİK RƏQƏM
- 18:46 FHN-dən əhaliyə MÜRACİƏT
- 18:37 Meteohəssasların nəzərinə
- 18:28 İran ABŞ ilə dialoqun davam etdiriləcəyini AÇIQLADI
- 18:00 Konqoda Ebola virusuna yoluxma sayı
- 17:45 İran Ukraynanı HƏDƏLƏDİ
- 17:30 Prezident seçkilərinin tarixi AÇIQLANDI
- 17:10 İnternetdə DƏLƏDUZLUQ dalğası - VİDEO
- 16:50 Rusiyada miqrantlar üçün tələblər SƏRTLƏŞDİRİLİR
- 16:40 Rumıniya növbəti dronu vurdu
- 16:23 Hörmüz boğazında tanker minaya düşdü
- 16:20 “Barselona”ya niyə keçdiyini açıqladı
- 16:10 İranın yeni planı - Qırmızı dəniz blokadaya alına bilər
- 16:00 Braziliya ABŞ rəsmilərinə viza vermədi
- 15:48 Antalyada ağır qəza - 5 nəfər ölüb
- 15:40 Vətəndaşlara çimərliklərdə təhlükəsizlik XƏBƏRDARLIĞI
- 15:36 Çində daşqın oldu - Ölənlər var
- 15:30 Avropa alov içində - 250 mindən çox insan təxliyə edildi
- 15:25 Netanyahu ABŞ-yə səfər edəcək
- 15:20 İran iki həftəlik müharibədə ABŞ-yə bu qədər ziyan vurdu
- 15:07 Rusiyada əlverişsiz hava şəraiti - Ölən və yaralananlar var
- 14:59 Cəlilabadda evdə yanğın oldu - FOTO
- 14:50 Çimərliklərdə gözlənilən hava şəraiti AÇIQLANDI
- 14:30 Qəbələdə obyektdə yanğın oldu
- 14:17 Azərbaycan və Qətər parlamentləri arasındakı əlaqələr müzakirə olundu
- 14:00 ABŞ-ın gizli İran planı ifşa olundu
- 13:42 Avtomobil dərəyə aşdı - 5 nəfər öldü
- 13:22 Hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edildi
- 13:02 Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu
- 12:50 Dənizdə batan Ümid müstəntiq işləyirmiş - FOTO
- 12:32 Sabah hava necə olacaq?
- 12:18 Ukraynadan Rusiya ordusunun itkiləri ilə bağlı son statistika
- 12:00 Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik etdi
- 11:50 İspaniyada yanğınlara görə 116 mindən çox şəxs təxliyə edildi
- 11:25 Prezident həmkarını təbrik etdi
- 11:18 Bu ərazilərdə 39 dərəcə isti - FAKTİKİ HAVA