Milli Məclisə Kamran Əliyevlə bağlı təqdimat daxil oldu  

18:03 - 30 Aprel 2025

Milli Məclisə Kamran Əliyevlə bağlı təqdimat daxil oldu  

Milli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyinə yeni - “Azərbaycan Respublikası Milli Məclisinin Qərarı haqqında” məsələ daxil edilib.


Manset.az-ın Qafqazinfo-ya istinadla məlumatına görə, bu məsələ baş prokuror Kamran Əliyevin səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır.

Baş prokuror Kamran Əliyevin səlahiyyət müddətinin daha 5 il uzadılması gözlənilir.

Qeyd edək ki, “Prokurorluq haqqında” Qanuna əsasən, Azərbaycan Respublikasının baş prokurorunun səlahiyyət müddəti beş ildir. Kamran Əliyev 1 may 2020-ci ildən baş prokuror vəzifəsini icra edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv