Netanyahunun Azərbaycana səfəri təxirə salındı  

21:48 - 03 May 2025

Netanyahunun Azərbaycana səfəri təxirə salındı  

İsrailin Baş naziri Benyamin Netanyahu bu ilin 7-11 may tarixlərində planlaşdırılan Azərbaycana səfərini bölgədəki son inkişaflarla əlaqədar olaraq təxirə salıb.


Manset.az xəbər verir ki, bu barədə İsrail hökümətinin mətbuat xidməti məlumat yayıb.

“Qəzza zolağında və Suriyada baş verən hadisələr, həmçinin sıx siyasi və təhlükəsizlik gündəliyi nəzərə alınaraq, Baş nazir Netanyahu Azərbaycana nəzərdə tutulan səfərini daha sonrakı tarixə keçirmək qərarına gəlib,” – deyə açıqlamada bildirilir.

Baş nazir Prezident İlham Əliyevə dəvətinə görə təşəkkür edib və iki ölkə arasında mövcud olan səmimi münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv