Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla əməkdaşlığa dair üç sazişi təsdiqləyib.
Manset.az xəbər verir ki, bu barədə Rəsmi qəzet-də məlumat dərc olunub.
Bildirilib ki, sözgedən sazişlər turizm, su ehtiyatları və baytarlıq sahələri ilə bağlıdır.
Təsdiqlənən sahələr 15 noyabr 2024-cü ildə Bakı, 8 may 2024-cü ildə Ankara və 19 fevral 2024-cü ildə yenə də Ankara şəhərlərində imzalanmış əməkdaşlıq haqqında sazişlərə əsaslanır.