"Ermənistanla sülhün imzalanması üçün iki şərt var və Ermənistan gec-tez bu şərtlərlə razılaşacaq".
Manset.az Report.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında deyib.
Dövlət başçısı qeyd edib ki, Ermənistan mütləq Konstitusiyasında dəyişiklik etməli və ATƏT-in Minsk qrupu ləğv olunmalıdır.