28 May - Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışı olacaq.
Manset.az xəbər verir ki, açılışda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif də iştirak edəcək.
Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda inşa etdiyi üçüncü hava limanı olan Laçın aeroportu sabah keçiriləcək mərasimlə istifadəyə veriləcək.
Xatırladaq ki, işğaldan azad edilmiş rayonlarda inşa edilən ilk hava limanı olan Füzuli Beynəlxalq Hava Limanının 2021-ci il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə açılışı olub. Həmçinin dövlət başçısı Ərdoğanla birgə 20 oktyabr 2022-ci ildə Zəngilan Beynəlxalq Hava Limanının açılışını edib.