"Yaşasın Pakistan-Azərbaycan dostluğu!" - Şahbaz Şərif

21:13 - 27 May 2025

\"Yaşasın Pakistan-Azərbaycan dostluğu!\" - Şahbaz Şərif

"Bu gün hörmətli qardaşım, Prezident İlham Əliyevlə gözəl və sakit Laçın şəhərində görüşməkdən şərəf duydum. Son Pakistan-Hindistan münaqişəsində Azərbaycanın göstərdiyi sarsılmaz dəstəyə görə ona təşəkkür etdim".


Manset.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif "X"də yazıb.

"Biz Pakistan-Azərbaycan əlaqələrini bütün sahələrdə dərinləşdirmək, regional sülh və tərəqqi naminə birgə işimizi davam etdirmək üçün ümumi əzmimiz olduğunu bir daha təsdiqlədik. Yaşasın Pakistan-Azərbaycan dostluğu!", - o bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv