Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı İshaq Dara təşəkkürünü bildirib.
Manset.az xəbər verir ki, bu barədə ölkənin baş diplomatı sosial şəbəkədə paylaşım edib.
"Əziz qardaşım İshaq Dar, sizi Laçında görməkdən, həqiqətən də, məmnun oldum.
Azərbaycan, Türkiyə və Pakistan arasında tarixi Üçtərəfli Zirvə çərçivəsində 28 May - Müstəqillik Günümüz münasibətilə keçirilmiş tədbirlərdə iştirak etdiyiniz və bizə qoşulduğunuz üçün səmimi təşəkkürümü bildirirəm.
Yaşasın qardaşlığımız, dostluğumuz və birliyimiz!", - o qeyd edib.
It was truly a pleasure to see you, my dear brother @MIshaqDar50 in #Lachin.
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) May 28, 2025
I sincerely thank you for joining us and taking part in the celebrations of 28 May — our Independence Day during the sidelines of the historic Trilateral Summit between Azerbaijan, Türkiye, and… https://t.co/45aFHyIGdj