"Laçın rayonu Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən strateji əhəmiyyətə malik bir ərazidir. 2020-ci ildə Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat nəticəsində Laçın rayonu Azərbaycana hərbi əməliyyatlarsız qaytarıldı".
Bu fikirləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib. O qeyd edib ki, Ali Baş Komandan İlham Əliyev tərəfindən qısa müddətdə regionda nəqliyyat, təhlükəsizlik və müdafiə infrastrukturun yenidən qurulması istiqamətində böyük işlər görüldü:
"Bu kontekstdə, Laçında beynəlxalq
hava limanının açılması işğaldan azad olunmuş ərazilərdə nəqliyyat infrasturukturunun diversifikasiyası baxımından böyük əhəmiyyət kəsb edir. Laçında beynəlxalq hava limanının açılması
yalnız regional deyil, həm də ölkə səviyyəsində nəqliyyat qovşaqlarının
genişlənməsinə təkan verəcəkdir.
Laçında
hava limanının açılması həm də bölgədə iqtisadi fəallığın artırılmasına təkan
verəcək. Bu, turizm, ticarət və investisiyalar üçün əlverişli şərait yarada
bilər. Xarici investorlar və şirkətlər bölgəyə daha rahat səfər edə bilər, bu
da yeni iş yerlərinin yaradılmasına və rayon iqtisadiyyatının canlanmasına
gətirib çıxara bilər".
Deputat onu da bildirib ki, Qarabağ və Şərqi Zəngəzurun təbii gözəllikləri və tarixi-mədəni abidələri turistlər üçün cəlbedici potensiala malikdir:
"Hava limanı turistlərin bölgəyə rahat və sürətli
çatmasını təmin edərək turizm sektorunun inkişafına xidmət edər. Hava limanı
Qarabağ və qonşu regionlar arasında kommunikasiya əlaqələrini gücləndirəcəkdir.
Bu da sosial və mədəni mübadilənin artmasına da şərait yaradacaqdır.
Bu,
həmçinin, milli təhlükəsizlik və nəqliyyat infrastrukturunun
modernləşdirilməsinin nəticəsidir. Hava limanı Azərbaycanın bu strateji
bölgəsində hərbi potensialın gücləndirilməsi vasitəsi kimi milli təhlükəsizliyə
dəstək verə bilər.
Laçın işğal
dövründə uzun müddət dağıntılarla üzləşmişdir. Bu baxımdan hava limanının
tikilməsi, geniş infrastruktur işləri ciddi maliyyə vəsaiti tələb edirdi. Yol,
su, elektrik, rabitə və digər mühüm xidmətlərin təminatı olmadan belə böyük
layihənin həyata keçirilməsi mümkün deyildi. Azərbaycan işğal azad olunmuş
ərazilərini özü dinçəldir, ərazilərdə 2021-ci ildən bəri geniş miqyaslı
quruculuq və bərpa işlərinin görülməsinə start verilmişdir.
Prezident
İlham Əliyev Macarıstanda keçirilən TDT dövlətlərinin qeyri-rəsmi Zirvə görüşü
zamanı bildirmişdi ki, ölkəmizdə 9 hava limanı var, onlardan qısa müddət
ərzində 3-cü işğaldan azad olunmuş ərazilərdə tikilib. Bu da Azərbaycanın işğaldan
qurtardığı əraziləri dirçəltməklə bağlı böyük istəyi və əzmkarlığını göstərir.
Ölkə başçısınən tapşırıqları əsasında böyük coşqu və həvəslə “Böyük qayıdış”
davam edir, keçmiş məcburi köçkün və qaçqınlar öz doğma torpaqlarına geri
dönür. Laçında beynəlxalq hava limanının açılması, ilk növbədə, bölgənin
reabilitasiyasına və yenidən qurulmasına təkan verəcəkdir".