Yunanıstan Prezidenti İlham Əliyevi təbrik etdi

22:53 - 30 May 2025

Yunanıstan Prezidenti İlham Əliyevi təbrik etdi

Yunanıstan Prezidenti Konstantinos Tasulas Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.


Manset.az xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və xalqınızın firavanlığı naminə ən xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək, Yunanıstanın xalqlarımızın mənafeyi naminə əlaqələrimizi dərinləşdirməyə və bütün sahələrdə əməkdaşlığımızı möhkəmləndirməyə hazır olduğunu bildirirəm.

Əminəm ki, biz Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüquq əsasında daha geniş regionda sülh və sabitliyin təşviqi üçün birgə çalışa bilərik.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv