"Qarabağda inkişaf səfərbərliyi gedir" - Ərdoğan

19:22 - 02 İyun 2025

\"Qarabağda inkişaf səfərbərliyi gedir\" - Ərdoğan

Azərbaycanın müzəffər lideri İlham Əliyev Qarabağın hər guşəsinin inkişafı və çiçəklənməsi üçün səylərini səfərbər edib.


Manset.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.

Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə birlikdə bu yaxınlarda Azərbaycana etdiyi səfərini məmnunluqla xatırlayıb. Səfər zamanı o, Laçın Beynəlxalq Hava Limanının açılışında və 28 may - Müstəqillik Günü münasibətilə keçirilən bayram tədbirlərində iştirak etmişdi.

“Qalib lider Prezident İlham Əliyevin səyi ilə 30 illik işğaldan sonra bütün Qarabağda inkişaf və infrastruktur səfərbərliyi gedir. İşğalın yaraları sürətlə sağalır. Türkiyə olaraq biz də hər cür dəstəyi veririk”, - Ərdoğan deyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv