- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb.
Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov qərar imzalayıb.
Qərara əsasən, iyun ayının 13-dən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb.Növbədənkənar sessiyanın gündəliyinə "Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar
Respublikasının Qanun layihəsinin müzakirəsi daxil edilib.