Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl Qorxmaz oğlu İbrahimova “general-mayor” ali hərbi rütbəsi verilib.
Manset.az xəbər verir ki, Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, 55 yaşlı M. İbrahimov 2023-cü ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisidir.