Əli Əsədov Ersin Tatarla müzakirə apardı

19:43 - 02 İyul 2025

Əli Əsədov Ersin Tatarla müzakirə apardı

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 2-də Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar ilə görüşüb.


Manset.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) müşahidəçi dövlət statusuna malik olan Şimali Kiprin prezidentinin İƏT-in Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşündə iştirakının önəmi vurğulanıb.

Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında son dövrdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirildiyi qeyd edilib.

Söhbət zamanı bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az