Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatdı

21:49 - 02 İyul 2025

Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatdı

Yekaterinburqun Leninski Rayon məhkəməsi iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının xüsusi amansızlıqla keçirdiyi əməliyyat nəticəsində saxlanılan Əzizov Abbas Azay oğlu barəsində qərar çıxarıb.

Manset.az APA-ya istinadla xəbər verir ki, məhkəmə Əzizov Abbas barəsində ittiham tərəfinin şikayəti əsasında iyulun 19-dək həbs qətimkan tədbiri seçib.

Beləliklə, Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb.

Qeyd edək ki, Rusiya hüquq mühafizə orqanlarının iyunun 27-də keçirdiyi əməliyyat zamanı saxlanılan Əziz Abbasova da işgəncə verilib.

O, aldığı xəsarətlərdən daha sonra xəstəxanaya yerləşdirilib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az