Şahbaz Şərifin Azərbaycana səfəri başladı

16:00 - 03 İyul 2025

Şahbaz Şərifin Azərbaycana səfəri başladı

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Azərbaycana səfərə gəlib.


Manset.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

***

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana səfərə yola düşüb.

Manset.az xəbər verir ki, bu barədə Pakistan hökuməti məlumat yayıb.

Qeyd edilib ki, Şahbaz Şərif iki günlük rəsmi səfəri üçün İslamabaddan Azərbaycana yola düşüb.

O, Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin XVII Zirvə görüşündə iştirak edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az