İyulun 15-də Milli Məclisinin deputatları tətilə çıxacaqlar.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Milli Məclisinin Daxili Nizamnaməsinə müvafiq olaraq deputatlar rəsmən iyul ayının 15-dən tətilə buraxılacaq.
Tətil müddəti avqustun 30-dək davam edəcək.