Hərbi prokuror sərhədçilərlə birlikdə - FOTOLAR

12:19 - 08 İyul 2025

Hərbi prokuror sərhədçilərlə birlikdə - FOTOLAR

Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə polkovniki Bəhruz Əhmədov Dövlət Sərhəd Xidmətinin Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri general-mayor Bəhmən Babayevlə birlikdə Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxslərinin və Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli hərbi qulluqçularının iştirakı ilə Dövlət Sərhəd Xidmətinin Naxçıvanda qulluq edən hərbi qulluqçuları ilə görüşüblər.


Hərbi Prokurorluğun Mətbuat Xidmətindən Manset.az-a bildirilib ki, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi və şəhidlərimizin şərəfinə yaradılmış guşə ziyarət edilərək əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, yaralananlara isə şəfa arzulanıb, Dövlət Himni səsləndirilib, Baş Prokurorluğun rəhbərliyinin tövsiyələri çatdırılıb.

Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi və xalqın əzmkarlığı sayəsində dövlətimizin əldə etdiyi uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrin formalaşdırılmasından bəhs edilib.

Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub, onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin məişət və xidmət şəraiti, həmçinin, qayğı və problemləri ilə maraqlanılıb.

Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim edilib.

Tədbirdən sonra Hərbi prokuror Bəhruz Əhmədov, Diviziya komandiri Bəhmən Babayev, eləcə də yüksək vəzifəli prokurorluq işçiləri və hərbçilərlə birlikdə Vətən müharibəsində itkin düşmüş şəhid leytenant Vəlizadə İbrahim Səməd oğlunun ailəsinə baş çəkərək, prokurorluq adından diqqət və qayğı göstərib, eləcə də vətən fədaisinin ruhuna dərin ehtiram ifadə olunub. Şəhid ailəsi daim onları diqqətdə saxlamaqla qayğı göstərən dövlət başçısına, Heydər Əliyev Fonduna, aidiyyəti dövlət qurumlarına və onları ziyarət edənlərə minnətdarlıqlarını ifadə ediblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az