Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 10-da Pakistan İslam Respublikasının federal hüquq və ədliyyə naziri Azam Nazir Tarar ilə görüşüb.
Manset.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanla Pakistan arasında mövcud olan strateji tərəfdaşlığın uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı bildirilib.
Dövlətlərarası münasibətlərin bütün sahələrdə yüksək inkişaf dinamikasından məmnunluq ifadə olunub.
İki ölkənin məhkəmə-hüquq sistemləri arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, xüsusilə də ədliyyə nazirlikləri arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində hüquqi sahədə səmərəli tərəfdaşlığın həyata keçirildiyi vurğulanıb.
Görüş zamanı Azərbaycanla Pakistan arasında müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.