Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü qiymətləndirdi

22:11 - 11 İyul 2025

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü qiymətləndirdi

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh müqaviləsi üzrə əldə olunan razılığın möhkəmləndirilməsi istiqamətində atılmış addım kimi dəyərləndirilə bilər.


Manset.az Report-a istinadla xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin sözçüsü Stefan Dujarrik bildirib.

Sözçü bildirib ki, Antonio Quterreş iki ölkə arasında müsbət yöndə davam edən prosesləri çox yaxından izləyir:

“Uzun müddət gərginlik yaşamış iki ölkə arasında bu dialoqu alqışlayırıq. Mart ayında sülh müqaviləsi üzrə əldə olunan razılığı xatırlayırıq və bunun çox müsbət bir inkişaf olduğunu düşünürük. Bu görüş sülh müqaviləsi üzrə əldə olunan razılığın möhkəmləndirilməsi istiqamətində atılmış addım kimi dəyərləndirilə bilər. Baş katib bu prosesləri çox yaxından izləyir”, - sözçü vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az