"Zəngəzur dəhlizinin açılmasında qərarlıyıq"

21:18 - 26 İyul 2025

\"Zəngəzur dəhlizinin açılmasında qərarlıyıq\"

Zəngəzur dəhlizinin açılmasında qərarlıyıq, işlər davam edir.


Manset.az Report-a istinadən xəbər verir ki, bunu ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Kürşad Zorlu partiyasının Ədirnə şəhərində keçirilən toplantısında deyib.

O bildirib ki, Türk Dövlətləri Təşkilatını (TDT) gələcəkdə regional sülh və əmin-amanlığı təmin edəcək mühüm regional ittifaqa çevirəcək Zəngəzur dəhlizinin açılması üçün müvafiq addımlar atılır: "Dəhliz Türkiyə ilə Azərbaycan arasında birbaşa keçidi təmin edəcək. Cənab Prezidentimizin (Rəcəb Tayyib Ərdoğan -red.) bu mövzu ilə bağlı güclü iradəsi var və Azərbaycanla Türkiyə arasında bu mövzuda ciddi müzakirələr aparılır".

Siyasətçi Zəngəzur dəhlizinin təkcə Türkiyə və Azərbaycan yox, bütün region üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb: "Çin sərhədindən çıxan konteyner bu marşrutla, Türkiyə vasitəsilə Avropaya çatacaq".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az