Ərdoğan Bəxtiyar Ersayın rütbəsini artırdı

18:28 - 05 Avqust 2025

Ərdoğan Bəxtiyar Ersayın rütbəsini artırdı

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri vəzifəsini icra edən Bəxtiyar Ersayın Türkiyə ordusunda rütbəsi artırılıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Əvvəl Türkiyə ordusunda general-polkovnik rütbəsini daşıyan Bəxtiyar Ersaya Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə ordu generalı hərbi rütbəsi verilib.

Qeyd edək ki, Ersay Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi vəzifəsində çalışıb.

O, 2022-ci ildən Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsində çalışır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az