“Gürcüstan bu tarixi anı alqışlayır”

13:45 - 09 Avqust 2025

“Gürcüstan bu tarixi anı alqışlayır”

“Gürcüstan Azərbaycan və Ermənistan, eləcə də region və bütün dünya üçün tarixi olan bu anı alqışlayır”.


Manset.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “X” hesabında yazıb. 

O, Vaşinqtonda sülh sazişinin imzalanmasına görə ABŞ lideri Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyana təbriklərini çatdırıb: 

“Gürcüstan hər zaman regionda sülh və əməkdaşlığın lehinə çıxış edib və bunu qətiyyətlə dəstəkləməyə davam edəcək”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az