XİN Pakistana başsağlığı verdi

11:58 - 16 Avqust 2025

XİN Pakistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda qeydə alınan daşqınlarla bağlı ölkəyə başsağlığı verib.


Manset.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“Pakistanın şimal hissəsində daşqınların törətdiyi faciəvi insan tələfatı və dağıntılar bizi dərindən kədərləndirir. Düşüncələrimiz və dualarımız qurbanlar və onların ailələri ilədir. Azərbaycan bu çətin vaxtda qardaş Pakistan xalqı və hökuməti ilə həmrəydir”, - paylaşımda qeyd olunub.

Qeyd edək ki, Pakistanda güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 321 nəfərə çatıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az