“Vaşinqton görüşü və Azərbaycanla sülh müqaviləsinin paraflanması dönüş nöqtəsi oldu”.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.
Baş nazir bildirib ki, bundan sonra regionda sülh mühitində yaşamağı öyrənmək lazımdır:
“8 avqustdan sonra biz tamamilə başqa bir Cənubi Qafqazda, başqa bir Ermənistanda yaşayırıq. Bu faktı dərk etməliyik. Bu, asan deyil, çünki bu bizim üçün yeni və tanımadığımız bir reallıqdır”.